Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 26-cı turunda yarışını lideri “Əl-Hilal” “Əl-Oxdud”u qəbul edib və 3:0 hesablı inamlı qələbə qazanıb.
Arena.az məlumat verir ki, bu qələbə sayəsində Səudiyyə Ərəbistanı nəhəngi özünə aid olan dünya rekordunu bir daha yeniləyib.
Söhbət hazırda bütün yarışlar çərçivəsində 31 oyuna çatmış ardıcıl qələbə silsiləsindən gedir.
Növbəti oyunda bu klub müvafiq nəticəsini daha da yaxşılaşdıra və rekordunu bir daha yeniləyə bilər.
26 turdan sonra “Əl-Hilal” 74 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə başçılıq edir və çempionluğa doğru inamla addımlayır. Komanda milli birinciliyin cari mövsümündə məğlubiyyət tanımır və yarış cədvəlində ən yaxın izləyicisi, Kristiano Ronaldolu “Əl-Nəsr”i (62 xal) 12 xal qabaqlayır.


