Əminə Əliyeva dünya çempionatının finalında!

Azərbaycanın 11 yaşlı idmançısı Əminə Əliyeva İtaliyada keçirilən kunq-fu üzrə dünya çempionatında finala vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, İtaliyanın Peruca şəhərində təşkil olunmuş dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış edirlər.

Mundialın açılış mərasimində Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanova da çıxış imkanı verilib. O, çıxışında ölkəmizin idman uğurlarından, xüsusilə də cənab Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı və dəstəkdən bəhs edib.

Bu diqqət və dəstək sayəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurla çıxış edir və bayrağımızı ucaldırlar. 11 yaşlı idmançımız Əminə Əliyeva dünya çempionatında finala vəsiqə qazanaraq ölkəmizi layiqincə təmsil edib.

Yarışa dəstək məqsədilə Arzu Əliyeva da İtaliyaya yollanıb.

Qeyd edək ki, Əminənin șəxsi məşqçisi həm də federasiyanın vitse-prezidenti olan Babək Əliyevdir.

Xəbəri paylaş:
Bizi izləyin: