Avropa Super Liqası özünü kağız üzərindən gerçək həyata keçirmək istiqamətində səylərini ciddi cəhdlə davam etdirir.
Arena.az “Ouest France” nəşrinə istinadən məlumat verir ki, Avropa Super Liqasının sahibi olan “A22 Sports Management”in qurucularından Anas Laqrari 50 klubla danışıqlar aparıldığını, 20-nin isə layihəyə “hə” dediyini bildirib:
“Onların adlarını çəkmək istəmirəm, çünki ifşa etmək istəmirəm. Dekabrın 21-dən bəri təxminən 50 müxtəlif klubla danışmışıq. Onlardan 20-yə yaxını layihəyə çox, çox həvəslidir. Artıq yarışa başlamaq üçün kifayət qədər klubumuz var.
Biz müxtəlif klublar, azarkeş assosiasiyaları, oyunçular və gündəlik olaraq futbolla məşğul olan insanlarla müzakirələrlə çox məşğuluq. Onların hamısı bizi bu layihəni daha yaxşı başa düşməyə təşviq edir, çünki oxşar təklif etmək mümkün və qanuni olduğundan iştirakçılar işləmək istəyirlər. Biz futbolu təkmilləşdirmək üçün birlikdə işləyə bilərik”, deyə Laqrari inamla bildirib.
Vurğulanır ki, klubların zahirdə UEFA-nın ətrafında mühafizəkar mövqe tutmasına rəğmən, yarışın özünü maliyyə baxımından doğruldacağı halda, onların Super Liqada iştirak haqda düşünə biləcəyi qaçılmazdır.


