25 yaşlı Diavuzinin təxmini ölüm səbəbi açıqlandı

Almaniya 3-cü Liqasında çıxış edən “Yan Regensburq” klubunun 25 yaşlı sağ vingeri Aqyemanq Diavuzinin ölüm səbəbi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə “Aussiedlerbote” dərgisi mərhum futbolçunun klubundakı mənbəyə istinadən məlumat yayıb.

Diavuzinin virus infeksiyanın səbəb olduğu güman edilən ürək fəsadlarından öldüyü bildirilir. Xüsusilə, futbolçuda miokardit (ürək əzələsinin, miokardın zədələnməsi) meydana gələ bilərdi.
Noyabrın 4-də keçirdiyi son oyununda Diavuzi 39-cu dəqiqədə əvəzlənib. Bundan sonra futbolçu tənəffüs fəsadlarından şikayətlənib. Amma bu xəstəliyin futbolçunun sonrakı ölümü ilə bağlı olub-olmadığı məlum deyil. İrəli sürülmüş səbəb hələlik bir ehtimaldır.

Diavuzi “Yan Regensburq”a 2023-cü ilin iyulunda “Bayroyt”dan azad agent qismində keçib və məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 16 oyunda meydana çıxıb.

Diavuzinin yeniyetməlik karyerası “Fortuna Regensburq”, “Yan Regensburq”, “Nürnberq” və “Leypsiq”də keçib. Ardınca Diavuzi böyük futbolda debüt edib və 2015-2018-ci illərdə “Leypsiq”in düşərgəsində olub, amma əsas komandada debüt imkanı qazana bilməyib. Futbolçu “Leypsiqd”dən ayrılıb və “Veen”, “İnqolştadt”, “Dinomo” (Drezden), “Rid”, “Bayroyt” klublarında çıxış edib.

Aqyemanq Diavuzi Almaniyanını U-15, U-19 yığmalarında oynayıb.
Vurğulayaq ki, Diavuzi qanaəsillidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: