Yüksək Liqa: “Xilasedici” və “Azərreyl”dən inamlı qələbə

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. MOİK “Xilasedici” ilə, “Azərreyl” isə “Gənclər” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “Xilasedici” MOİK-i, “Azərreyl” isə “Gənclər” komandasını quru hesabla məğlub edib.

2-ci turun sonuncu oyunu sabah keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov” komandası “Neftçi” ilə üz-üzə gələcək.

Yüksək Liqa
2-ci tur
10 dekabr

MOİK – “Xilasedici” 0:3 (19:25, 17:25, 10:25)
“Azərreyl” – “Gənclər” 3:0 (25:23, 25:13, 25:15)

11 dekabr

15:00. “Murov Az Terminal” – “Neftçi”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: