Hansi Flik “Borussiya” üzərində çətin səfər qələbəsini şərh etdi

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasında Dortmund “Borsussiya”sına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İspaniya nəhəngi ÇL-in Liqa mərhələsinin 6-cı turu çərçivəsində baş tutan Almaniya klubu ilə səfər oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Alman mütəxəssis Kataloniya təmsilçisinin qələbəsi barədə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“İşimizi, hesab etdiyimiz kimi icra etdiyimiz üçün çox məmnun ola bilərik. Birinci hissə əla keçdi, ikinci hissədə onlar qol vurduqda biz sabit idik. Dortmund komandası çox yaxşı oynadı. Bunlar çox yüksək tezliyi olan fantastik oyunçulardır, amma biz yaxşı çıxış etdik. Səhvlər etdiyimiz üçün bizə qollar vuruldu. Biz həmişə oyunu inkişaf etdirə bilərik, amma bu gün komandanı təbrik etməliyəm, çünki onlar əla çıxış etdilər”, deyə Hansi Flik vurğulayıb.

“Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamal da Dortmund “Borussiya”sı ilə səfər oyununda qazandıqları qələbədən danışıb:

“Biz oyundan çox razıyıq. Bu stadionda üç xal qazanmaq heç də asan deyil. Bunun üçün çox çalışdıq və mükafatımızı da aldıq”, deyə Yamal vurğulayıb.

6 oyundan 15 xal toplamış “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Borussiya” isə 12 xalla 9-cu pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: