Amorim “Mançester Yunayted”də heyətlə bağlı planlarını açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın heyəti ilə bağlı planlarını açıqlayıb.

Arena.az xatırladır ki, daha əvvəl, klub rəhbərliyi tərəfindən portuqal mütəxəssisə heyətin yenidən qurulması ilə bağlı fəaliyyət azadlığının verilməsi və Amorimin qarşıdakı qış və yay transfer pəncərələrində “qırmızı şeytanlar”ın əksər oyunçularını sata bilcəyi haqda məlumat yayılıb:

“Bizim başqa ölkələrdən yaxşı oyunçularımız var. Onlara ismarışımızı çatdırmaq üçün vaxt gərəkdir, sonrasını isə görəcəyik. Qələbələr olmasa, futbolçular və məşqçi gedəcəklər. Biz bir komanda olaraq təkmilləşməliyik. Oyunçu almağı və ya satmağı düşünməzdən əvvəl, klubumuzda bir çox xüsusa düzgün nail olmalıyıq. Bizim görüləcək çox işimiz var. Ona görə də gəlin, diqqətimizi oyunçularımızı təkmilləşdirməyə yönəldək”, deyə Amorim vurğulayıb.

İngiltərə Premyer Liqasının 15 turundan sonra “Mançester Yunayted” 19 xala yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: