Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” matçının biletləri bu gündən etibarən satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
“Kəpəz” – “Turan Tovuz” oyunu yanvarın 19-da Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.


