Almaniyanın “Leypsiq” klubu icarə əsasında bu komandada çıxış edən Benyamin Henriksin transfer hüquqlarını alıb.
Arena.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Henriks ötən ilin yayında “Monako”dan icarə əsasında “Leypsiq”ə keçmişdi. Bundesliqa klubu Almaniya milli komandasının da üzvü olan müdafiəçi üçün “Monako”ya 15 milyon avro ödəyəcək.
Benyamin Henriks Almaniyanın digər klubu “Bayer”in yetirməsidir. O, 2015-2018-ci illər aralığında məhz bu komandanın uğurları üçün çalışıb. Müdafiəçi 2018-ci ildə “Monako”ya transfer edilmişdi.


