PSV-nin baş məşqçisi Peter Bos UEFA Çempionlar Liqasının “Yuventus”la 1/16 final mərhələsinin cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında bu barədə səsləndirdiyi fikri təqdim edir:
“Biz çox mürəkkəb bir vəziyyətdəyik. Komanda Eridivizinin son üç oyununda qələbə qazana bilməyib. Mən, “böhran” kəlməsindən qaçıram, ola bilsin ki, bu, elə, belədir.
“Yuventus”a gəlincə, bu, artıq başqa qəziyyədir. Biz, turinlilərin yüksək səviyyəli klub olduqları Çempionlar Liqasının oyunlarını oynayırıq. Amma bu, o demək deyil ki, mübarizə olmayacaq. Bizim çox yaxşı komandamız var. Amma təəssüf ki, biz kadr fəsadları yaşayırıq.
Bu, birinci oyundan fərqli olaraq, müəyyənliklə başqa bir oyun olacaq, çünki bizə, qalib gəlmək gərəkdir, özü də lazımı top fərqi ilə. Biz evdə oynayacağıq, öz stadionumuzda, bu, bizim, Turində oynadığımzdan bütün cəhətlərə görə fərlqlidir. Biz arxamızada 35 min nəfər adam dayanacaq”, deyə Peter Bos vurğulayıb.
PSV – “Yuventus” oyunu bu gün, fevralın 19-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (20 fevral) başladacaq.
Xatırladaq ki, Turində keçirilmiş birinci oyunda “qoca sinyora” Eyndhoven təmsilçisini 2:1 hesabı ilə məğlub edib.


