Yüksək Liqa: “Abşeron”la “Azərreyl”dən qələbə

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 12-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

İlk olaraq, meydana “Abşeron” və UNEC komandaları çıxıblar. Görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə bitib.

Növbəti oyun “Azərreyl” və “Murov” klubları arasında olub. Bu qarşılaşmada isə “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 12-ci turun son oyunu fevralın 22-də Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

Yüksək Liqa
12-ci tur
19 fevral

“Abşeron” – UNEC 3:0 (25:4, 25:13, 25:12)
“Azərreyl” – “Murov” 3:1 (25:18, 25:23, 20:25, 25:20)

22 fevral

14:30. “Gəncə” – “Milli Aviasiya Akademiyası”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: