Yüksək Liqa: “Neftçi” də məğlub oldu, MOİK də

Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 12-ci tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. MOİK “Xilasedici” ilə, “Murov” isə “Neftçi” komandası ilə üz-üzə gəlib.

Turun ilk qarşılaşmasında “Xilasedici” 3:0 hesabı ilə MOİK-ə qalib gəlib. “Murov” – “Neftçi” oyununda isə qalib dörd set müəyyən olunub. “Murov” rəqibini 3:1 hesabı ilə məğlub edib.

12-ci turun son oyunu “Azərreyl” və “Gənclər” arasında olacaq. Qarşılaşmasının keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

Yüksək Liqa
12-ci tur
25 fevral

MOİK – “Xilasedici” 0:3 (10:25, 19:25, 11:25)
“Murov” – “Neftçi” 3:1 (25:18, 25:22, 24:26, 25:21)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: