Amorim: “İspviç Taun”a qarşı çıxışımızı bəyəndim”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 27-ci turunun “İpsviç Taun”la ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, Mançester təmsilçisi bu oyunda 3:2 hesablı qələbəyə sevinib.

Portuqal mütəxəssis matçdan sonra təşkil olunmuş mətbuat konfransında fikirlərini paylaşıb:

“Mən, çıxışımızı və bizə qarşı olan hər bir xüsusa qarşı necə qarşılıq nümayiş etdirdiyimizi bəyəndim. Mənə elə gəlirdi ki, komanda, qəribə olsa da, digər oyunlarda tam heyətlə çıxış etdiyimizdən fərqli olaraq, topa daha yaxşı nəzarət edirdi. Futbol bəzən belə olur. Burada gözlənilməzliklər olur. İkinci hissədə isə biz müdafiə olunur və əks-hücumları gerçəkləşdirməyə çalışırdıq ki, oyunda qalib gələk”, deyə Amorim vurğulayıb.

27 oyundan 33 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “İpsviç Taun” isə 17 xalla 18-ci pillədədir.

Premyer Liqaya 28 oyundan 67 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: