İngiltərə Kubokunda sonuncu 1/4 finalçı “Nottingem Forest” oldu

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə görüşü “Nottingem Forest”lə “İpsviç Taun” arasında baş tutub. Premyer Liqa təmsilçiləri bu matçın əsas vaxtında qalib müəyyənləşdirə bilməyiblər – 1:1. Əlavə vaxtda da hesab dəyişməz qaldığı üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “meşəçilər” 1/4 finala vəsiqə qazanıblar.

Xatırladaq ki, daha öncə “Aston Villa”, “Kristal Pelas”, “Preston”, “Bornmut”, “Brayton”, “Mançester Siti” və “Fulhem” komandaları da 1/4 finala vəsiqə qazanmışdılar.

Beləliklə, İngiltərə Kubokunda yarımfinala vəsiqə uğrunda “Bornmut” “Mançester Siti” ilə, “Fulhem” “Kristal Pelas”la, “Preston” “Aston Villa” ilə, “Nottingem Forest” isə “Brayton”la üz-üzə gələcək. Bu mərhələnin oyunları martın 29-da keçiriləcək.

İngiltərə Kuboku
1/8 final
28 fevral

Aston Villa – Kardiff Siti 2:0
Qollar: Marko Asensio, 68; 80.

1 mart

Kristal Pelas – Milluol 3:1
Qollar: Tanqanqa, 33-öz qapısına. Munyos, 40. Nketia, 81 – Hardinq, 45+13.

Preston – Börnli 3:0
Qollar: Breydi, 31. Osmayiç, 44. Kin, 73.

Bornmut – Vulverhempton 1:1 (penaltilər 5:4)
Qollar: Evanilson, 30 – Kunya, 60.

Mançester Siti – Plimut 3:1
Qollar: O’Rayli, 45+1; 76. De Bruyne, 90 – Talovyerov, 38.

2 mart

Nyukasl – Brayton 1:2
Qollar: A.İsak, 22-pen – Minte, 44. Uelbek, 114.

Mançester Yunayted – Fulhem 1:1 (penaltilər 3:4)
Qollar: B.Fernandes, 71 – Bassi, 45+1.

3 mart

Nottingem Forest – İpsviç Taun 1:1 (penaltilər 5:4)
Qollar: Yates, 68 – Herst, 53.

1/4 final

“Bornmut” – “Mançester Siti”
“Fulhem” – “Kristal Pelas”
“Preston” – “Aston Villa”
“Brayton” – “Nottingem Forest”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: