Amorim: “Arsenal”a qarşı mütəşəkkil, rəqabətəqadir idik”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 28-ci turunda “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Mançesterdə keçirilmiş oyunda heç-heçə (1:1) qeydə alınıb.

Portuqal mütəxəssis matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Qol vurduqda və birinci olaraq qol buraxmadıqda, bu, kömək edir, stadionda güc-qüvvət hiss edirsən. Hal-hazırda biz oyunları qazanmağa, mütəşəkkil olmağa cəhd edirik. İkinci hissədə biz qol vurmağa yaxın idik. Biz həqiqətən də rəqabətəqadir idik. Fikrimcə, bu, vacibdir.

Biz irəli gedir, arxaya ötürmələr etmirdik. Bu oyunu qazanmağa imkan verəcək məqamlarımız vardı. “Arsenal” qələbə qazanmaq üçün çoxlu oyunçularını cərimə meydançamıza göndərdi. Alexandro Qarnaço (“Mançester Yunayted”in 20 yaş argentinalı sol cinah hücumçusu – redaktorun qeydi) bütün oyunu keçirməsi ilə bizə çox yardımçı oldu”, deyə Amorim vurğulayıb.

28 oyundan 34 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Arsenal” isə 55 xalla 2-ci pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xal toplamış “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: