Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Bu gün qadın güləşində ilk medalçılar müəyyənləşiblər.
Əsmər Cankurtaran (50 kq) türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.
Günay Qurbanova (59 kq) isə finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.


