“Kəpəz” – “Qarabağ” 0:0 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun bu gün keçirilmiş “Kəpəz” – “Qarabağ” matçı bərabərliklə (0:0) başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
15 mart

“Kəpəz” – “Qarabağ” 0:0
Qol: yoxdur.
Sarı vərəqələr: Trent Buhaqyar, 83 (qeyri-idman hərəkəti). Camal Cəfərov, 90+2 (qeyri-idman hərəkəti) – Patrik Andrade, 48 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Azər Bağırov, 75 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 17:00. Tovuz şəhər stadionu, 1500 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev (21. Camal Cəfərov, 46), 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu (19. Sadiq Şəfiyev, 87), 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili (8. Elmir Tağıyev, 81), 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev (11. Trent Buhaqyar, 81).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 78. Yeqor Xvalko, 10. Kərim Lkuça
Baş məşqçi: Azər Bağırov.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev (k), 24. Aleksey İsayev (19. Redon Cica, 77), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade (7. Yassin Benzya, 61), 9. Kadi Borges, 2. Mateus Silva (29. Marko Veşoviç, 77), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 61), 11. Emmanuel Addai (10. Abdullah Zubir, 61).
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: