Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bu mərhələ UEFA Millətlər Liqasının növbəti mövsümü üçün A, B, C və D liqalarının tərkibini müəyyən edəcək.
A Liqasında üçüncü yeri tutan dörd komanda B Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır. Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaqlar. B Liqasında üçüncü yeri tutmuş dörd komanda C Liqasında ikinci yeri tutmuş dörd komanda ilə qarşılaşır. Hər cütün qalibi növbəti mövsümdə B Liqasında, məğlub olanlar C Liqasında iştirak edəcəklər. C Liqasında üçüncü yeri tutan iki ən yaxşı komanda D Liqasında ikinci yeri tutan iki komandaya qarşı oynayır. Hər cütün qalibi C Liqasında, məğlub olanlar isə D Liqasında oynayacaq.
Bu gün Türkiyə millisi səfərdə Macarıstan yığması ilə üz-üzə gələcək. İstanbulda 3:1 hesabı ilə qələbə qazanmış Türkiyə millisi Macarıstanda sərfəli nəticə qazanaraq A Liqasına yüksələ bilər.
Qeyd edək ki, pley-offda məğlub komandalardan biri növbəti mövsümdə D Liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq.
UEFA Millətlər Liqası
23 mart
A və B liqaları
21:00. Macarıstan – Türkiyə
İlk oyun – 1:3
21:00. Serbiya – Avstriya
İlk oyun – 1:1
21:00. Şotlandiya – Yunanıstan
İlk oyun – 1:0
23:45. Belçika – Ukrayna
İlk oyun – 1:3
B və C liqaları
18:00. Gürcüstan – Ermənistan
İlk oyun – 3:0
21:00. Sloveniya – Slovakiya
İlk oyun – 0:0
21:00. İslandiya – Kosovo
İlk oyun – 1:2
23:45. İrlandiya – Bolqarıstan
İlk oyun – 2:1


