PSV-də Lukas Peres şoku: Vərəmə yoluxub

Niderlandın ən titullu iki klubundan biri olan PSV-nin (Eyndhoven) ispaniyalı 36 yaşlı mərkəz hücumçusu Lukas Peres vərəmə yoluxub.

Arena.az bu barədə “De Telegraaf” dərgisinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Peresin xəstəliyin fəal mərhələdə olması aşkarlanıb. Mənbənin məlumatına görə, 36 yaşlı veteran hücumçu yaxın üç-dörd həftə ərzində təcrid şəraitində yaşamalı olacaq.

Peresi antibiotiklərin köməyi ilə tam müalicə kursu gözləyir. Futbolçunun yaşıl meydanlara qayıdışının dəqiq vaxtı açıqlanmır. Peres ən azı cari mövsümün sonuna qədər müddət ərzində futbolsuz qalacaq. Sonrası isə xəstəliyin inkişafı və müalicənin səmərəsi ilə bağlı amillərə dayanır.

Xatırladaq ki, PSV 36 yaşlı Lukas Pereslə cari ilin fevral ayında azad agent qismində tamhüquqlu müqavilə imzalayıb. Müqavilənin müddəti cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Karyerası boyunca Peres Madrid “Atletiko”sunun “C” komandasında, “Rayo Valyekano”da, həmçinin klubun “B” komandasında, Lvov “Karpatı”sında, Kiyev “Dinamo”sunda, PAOK, “Deportivo” (La-Korunya), “Arsenal”, “Vest Hem”, “Alaves”, “Elçe” və “Kadis”də çıxış edib.

Peresin son iş yeri La-Korunya “Deportivo”su olub.

Peres PSV üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Müxtəlif klublarda çıxışına rəğmən, Peres cəmi bir qənimət qazanıb – 2017-ci ildə “Arsenal”la İngiltərə Kubokunu.

Lukas Peres həmçinin heç bir milli komandaya cəlb edilməyib.

“Transfermarkt” internet-portalı 36 yaşlı hücumçunun trasnfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: