Futbol üzrə Keniya milli komandasının mərkəz müdafiəçisi Conston Omurva bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 26 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Conston Omurva Keniyanın “Vazito” klubunun yetirməsidir. O, “Matare Yunayted”də, həmçinin Portuqaliyanın “Eştrela” klubunda da çıxış edib. Müdafiəçi son olaraq Səudiyyə Ərəbistanında “Abha”nın uğurları üçün çalışıb. O, 2024-cü ilin sentyabrında qoşulduğu “Abha”dan azad agent kimi ayrılaraq “Kəpəz”ə keçib.
Omurva 2019-cu ilin sentyabr ayında debüt etdiyi Keniya milli komandasının heyətində 18 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


