Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) İtaliya A Seriyasının ən bahalı oyunçularını açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “İnter”in 27 yaşlı argentinalı mərkəz hücumçusu Lautaro Martinez yer alıb.
Argentinalı ulduzun trasnfer dəyəti 108,3 milyon avro məbləğində qiymətləndirilir.
İtaliya A Seriyasının ən bahalı oyunçularından ibarət onluğu təqdim edirik:
- Lautaro Martines (“İnter”) – 108,3 milyon avro;
- Kənan Yıldız (“Yuventus”) – 90,4 milyon avro;
- Markus Türam (“İnter”) – 80 milyon avro;
- Ticani Reynders (“Milan”) – 74 milyon avro;
- Alessandro Bastoni (“İnter”) – 72,7 milyon avro;
- Nikolo Barella (“İnter”) – 68,4 milyon avro;
- Mateo Reteqi (“Atalanta”) – 67,1 milyon avro;
- Şarl De Ketelare (“Atalanta”) – 65,3 milyon avro;
- Santyaqo Kastro (“Bolonya”) – 64,8 milyon avro;
- Rafael Leao (“Milan”) – 63,1 milyon avro.
Əlavə edə ki, Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzinin qiymətləndirmə alqoritmi ancaq statistiki tərtibata əsaslanır.


