Azərbaycan millisinin Litva toplanışı üçün 23 futbolçu

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmaları ilə qarşılaşacaq. Millimiz martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq. Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə üz-üzə gələcək. Aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da isə millimiz Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.

Azərbaycan millisinin qarşıdakı toplanışına dəvət olunmuş futbolçuların adlarını diqqətinizə çatdırırıq:

  1. Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
  2. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  5. Manə Mollayeva – Neftçi
  6. Fidan Cəfərova – Neftçi
  7. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  8. Kamilla Məmmədova – Dirçəliş
  9. Firəngiz Teymurova – Neftçi
  10. Jalə Məhsimova – Amed Spor (Türkiyə)
  11. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
  12. Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
  13. Coşqunə Əliyeva – Neftçi
  14. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
  15. Ayşən Əhmədova – Ünyespor (Türkiyə)
  16. Alina Dorofeyeva – Rubin (Rusiya)
  17. Diana Məmmədova – Rubin (Rusiya)
  18. Ayşən Salamzadə – Neftçi
  19. Xanım Əsədova – Neftçi
  20. Sona Rəhimova – Neftçi
  21. Aysun Muradova – Gölbaşı Belediye Spor Türkiyə)
  22. Esra Manya – Fatih Vətən (Türkiyə)
  23. Alina Nəhmədova – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: