Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.
Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” komandası “Azərreyl”lə üz-üzə gəlib. Qonaqlar bu oyunda asan qələbəyə seviniblər.
Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” MOİK-lə qarşılaşıb. Bu görüş də “Xilasedici”nin inamlı qələbəsiylə yekunlaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Neftçi” “Murov”la üz-üzə gəlib. Dörd set davam edən bu görüşdə də “Murov” qalib gələn tərəf olub.
Yüksək Liqa
17-ci tur
28 mart
“Xilasedici” – MOİK 3:0 (27:25, 25:15, 25:15)
“Gənclər” – “Azərreyl” 0:3 (23:25, 14:25, 13:25)
“Neftçi” – “Murov” 1:3 (20:25, 27:29, 27:25, 16:25)
Xallar: Azərreyl – 41. Murov – 41. Xilasedici – 39. Neftçi – 23. MOİK – 8. Gənclər – 1.


