“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun 1/4 finalında “Bornmut” üzərində səfər qələbəsini (2:1) şərh edib.
Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Bu, inanılmaz nailiyyətdir. Bu, elə də asan deyil, biirsinizmi? Hətta, bizim ardıcıl altı yarımfinaldan ibarət ötənilki şəxsi, indi isə yeddi olmuş, rekordumuzu qırmağımıza rəğmən. Biz makina olmuşuq, baxmayaraq ki, biz cari mövsümdə daha çox oyun oynayırıq, elə, bu gün “Bornmut”la olduğu kimi.
Hər şeyə rəğmən, qarşıda bizi bu fövqəladə yarış gözləyir. Bu, inanılmaz uğurdur, bu, həqiqətən vacibdir. Biz bunun öhdəsindən gəldik. Biz tamamilə bu oyunda idik, ümidvaram, oyunçularım da bunu hiss edəcəklər. Mövsümün sonuna qədər və gələcək “Mançester Siti”də də belə olacaq”, deyə Qvardiola fərəhlə vurğulayıb.
İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” “Nottingem Forest”lə qarşılaşacaq.


