Lionel Messi: “Ueyn Runi mənim üçün xüsusi oyunçudur”

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi “Mançester Yunayted”in ingilis keçmiş hücumçusu Ueyn Runidən söhbət açıb.

Arena.az “GiveMeSport” dərgisinə istinadən, Messinin müvafiq qənaətini təqdim edir:

“Mənim üçün Runi – bu, xüsusi oyunçudur. Elə xüsusi oyunçulardan biri ki, digər kimsə ilə müqayisə etmək olmaz. Bir çox xüsusi oyunçular var, amma Runi müstəsna keyfiyyətə və texniki bacarıqlara malik idi, həmçinin mənim qarşılaşdığım ən güclü oyunçulardan biri olub. Onun kimilər nəsildə bir dəfə gəlirlər”, deyə Lionel Messi vurğulayıb.

Hazırda məşqçi olaraq fəaliyyət göstərən, amma işsiz olan Ueyn Runi bir futbolçu kimi “Everton”un yetirməsi olub. “Qənnadçılar”ın düşərgəsindən “Mançester Yunayted” keçmiş Runi məhz “qırmızı şeytanlar”ın heyətində parlayıb. Runi 2004-2017-ci illərdə “qırmızı şeytanlar”ın heyətində 559 oyun keçirib, 253 qol vurub, 140 məhsuldar ötürmə verib.

Runi “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını (5 dəfə), İngiltərə Kubokunu, İngiltərə Liqa Kunokunu (4 dəfə), İngiltər Super Kubokunu (4 dəfə), Çempionlar Liqasını, Avropa Liqasını, FIFA Klub Dünya Kubokunu qazanıb, həmçinin çoxsaylı fərdi mükafatlara layiq görülüb.

Runi 2003-cü ilin fevral ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 120 oyuna 53 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: