Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 28-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Yeganə qarşılaşma Gəncədə baş tutub. Burada yerli “Gəncə” komandası “Murov”la üz-üzə gəlib. Dörd setlik mübarizədə qonaqlar qələbəyə seviniblər – 3:1.
Qeyd edək ki, turun ilk günündə “Abşeron” “Milli Aviasiya Akademiyası”na, “Azərreyl” isə UNEC-ə eyni – 3:0 hesabı ilə qalib gəlmişdi.
Yüksək Liqa
18-ci tur
5 aprel
“Gəncə” – “Murov” 1:3
Gəncə İdman sarayı
Xallar: Abşeron – 46. Milli Aviasiya Akademiyası – 39. Azərreyl – 32. Gəncə – 24. Murov – 21. UNEC – 0.


