Luis Enrike PSJ-nin erkən çempionluğunu şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümündə erkən çempionluğunu şərh edib.

Arena.az məlumat verir ki, PSJ Liqa 1-in 28-ci turu çərçivəsində qarşılaşdığı “Anje” ilə ev oyununda 1:0 hesablı qələbə sayəsində ardıcıl dördüncü dəfə Fransa çempionluğunu bayram edib.

Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən xoşbəxt, məmnun, çox razıyam. Düşünürəm ki, bütün azarkeşləri, bütün oyunçuları, heyəti, klubda hamını təbrik etməyin vaxtı gəldi. Mən hesab edirəm ki, cari mövsüm gözlənilməz idi. Biz artıq çempion olduq, mən isə bu qənimətə tamamilə layiq olduğumuzu düşünürəm. Düşünürəm ki, qarşımızda rekordları qırmaq var, bu şövqə malik olmaq və onu qoruyub-saxlamaq isə vacibdir ki, Çempionlr Liqasında və həmçinin Fransa Kubokunda rəqabətəqadir olaq”, – PSJ-nin rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

28 oyundan 74 xal toplamış PSJ Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: