Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.
“Atalanta” doğma meydanda qarşılaşdığı “Latsio”ya minimal hesabla məğlub olub.
Günün digər oyunlarında qalib müəyyənləşməyib. “Empoli” – “Kalyari” görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Leççe” – “Venesiya”, “Torino” – “Verona” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Roma” ilə “Yuventus” arasında baş tutmuş mərkəzi görüşdə də oxşar nəticə qeydə alınıb.
31-ci tura aprelin 7-də keçiriləcək “Bolonya” – “Napoli” matçı ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
31-ci tur
4 aprel
Cenoa – Udineze 1:0
Qol: Zanoli, 77.
5 aprel
Montsa – Komo 1:3
Qollar: Mota, 5 – İkone, 16. Diao, 39. Voyvoda, 51.
Parma – İnter 2:2
Qollar: Bernabe, 60. Ondreyka, 69 – Darmian, 15. Türam, 45.
Milan – Fiorentina 2:2
Qollar: T.Abraham, 23. Yoviç, 64 – Tiav, 7-öz qapısına. M.Kin, 10.
6 aprel
Leççe – Venesiya 1:1
Qollar: Başirotto, 65 – Qallo, 50-öz qapısına.
Empoli – Kalyari 0:0
Torino – Verona 1:1
Qollar: Elmas, 67 – Sarr, 64.
Atalanta – Latsio 0:1
Qol: İsaksen, 54.
Roma – Yuventus 1:1
Qollar: Şomurodov, 49 – Lokatelli, 40.
7 aprel
22:45. Bolonya – Napoli


