Azərbaycan Premyer Liqasının 29-cu turunun “Şamaxı” – “Neftçi” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə bitdi.
Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel
“Şamaxı” – “Neftçi” 0:2
Qollar: Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 89.
Sarı vərəqələr: Alfons Msanqa, 62 (qeyri-idman hərəkəti). Brahim Konate, 83 (qeyriidman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 15:30. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı.
Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov (k) (23. Murad Vəliyev, 46), 82. Rüfət Abbasov (19. Fəxri Məmmədli, 75), 24. Edqar Adilxanov (60. Səbayıl Bağırov, 89), 12. Maykl Tuik (73. Elmar Məmmədov, 75), 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 66. Vasili Bakiç, 33. Alfons Msanqa (6. Rauf Rüstəmli, 75).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. Emil Balayev (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov (11. Aleks Fernandes, 20), 14. Edvin Kuç, 6. Rafael Quzzo (17. Rəhman Hacıyev, 60), 99. Ervin Koffi, 9. Bassala Sambu (91. Ağadadaş Salyanski, 90+2).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rüstəm Samiqullin, 47. Murad Məmmədov. 22. Dembo Darboe, 77. Yeqor Boqomolski.
Məşqçi: Mübariz Orucov.


