Ramil Şeydayev Premyer Liqada 40-a çatdı

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Şamaxı” ilə səfər oyunu “Neftçi”nin hücumçusu Ramil Şeydayev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

O, “Şamaxı” ilə səfər matçının (2:0) 42-ci dəqiqəsində penaltidən yararlanıb. 29 yaşlı hücumçu 40-cı qolunu 127-ci oyununda vurub. O, “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib.

Ramil Şeydayev ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur. O, bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: