Stellini: “Məqsədlərimiz üçün vacib xal qazandıq”

“Napoli”nin baş məşqçisinin əsas köməkçisi Kristian Stellini İtaliya A Seriyasının 31-ci turunun “Bolonya” ilə səfər oyununu (1:1) şərh edib.

Arena.az məlumat verir ki, “eşşəkciklər”in italyan baş məşqçisi Antonio Konte bu oyunda cəza səbəbilə iştirak etməyib.

Onu bu oyunda əsas köməkçisi, italyan mütəxəssis Stellini əvəzləyib:

“Biz əhəmiyyətli bir xüsus uğrunda mübarizə aparmaq istəyirik, ancaq başa düşmək gərəkdir ki, biz mövsümə ilk dördlükdə yer almaq məqsədilə başlamışdıq. Bu gün qazanılmış xalımız isə bu tapşırığı yerinə yetirməyimiz üçün vacib xaldır. Əgər bir zehniyyət etibarı ilə təkmilləşməyə davam etsək və ikinci hissələrdə gərəkli fəallığımızı qotuyub-saxlamağı öyrənsək, nəsə böyük bir amal haqda xəyal qura bilərik”, – DAZN şəbəkəsi Stellinidən sitat gətirir.

31 oyundan 65 xal topamış “Napoli” İtaliya A Seriyasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Bolonya” isə 57 xalla 4-cü pillədədir.

A Seriyasına 68 xalla “İnter başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: