Luis Enrike: “PSJ “Aston Villa” ilə oyunun favoriti deyil”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalının “Aston Villa” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Futbolda favorit kimi anlayış yoxdur. Çərək finalın bütün iştirakçıları burada oynamağa layiqdirlər. Biz etməli olduğumuzu etməli və meydanda qələbəyə layiq olmalıyıq.

Unai Emeri – yüksək səviyyəli məşqçidir. “Aston Villa” isə – əla komandadır. Son iki ildə bu komanda Emerinin sayəsində nəzərəçarpacaq qədər artırıb. Bizə qarşı kimin oynayacağını öncədən bilmək çətindir, rəqibin xüsusən qış trasnfer pəncərəsindən sonra xeyli gücləndiyi bir mənzərədə. Bu, hər iki komanda üçün çətin və açıq qarşıdurma olacaq”, deyə Luis Enrike vurğulayıb.

PSJ – “Aston Villa” oyunu bu gün, aprelin 9-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: