Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 19-cu turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, tura Gəncədə start verilib.
Şəhərin eyniadlı komandası çempionatın autsayderi UNEC-i sınağa çəkib. Gəncəlilər çətinlik çəkmədən 3:0 hesabı ilə qalib gəliblər.
Digər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Öncə “Azərreyl” lider “Abşeron”a uduzub. “Milli Aviasiya Akademiyası” – “Murov” görüşü daha gərgin alınıb. Qalib 5 setin yekununda bəlli olub. “Murov” 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra lider ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəldib.
Yüksək Liqa
19-cu tur
9 aprel
UNEC – “Gəncə” 0:3 (17:25, 14:25, 19:25)
Gəncə İdman Sarayı.
“Azərreyl” – “Abşeron” 0:3 (21:25, 15:25, 16:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Milli Aviasiya Akademiyası” – “Murov” 2:3 (21:25, 25:18, 25:27, 25:18, 12:15).
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Abşeron – 48. Milli Aviasiya Akademiyası – 40. Azərreyl – 32. Gəncə – 27. Murov – 23. UNEC – 0.


