Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Premyer Liqanın 30-cu turuna sabah – aprelin 11-də keçiriləcək “Səbail” – “Qarabağ” oyunu ilə start veriləcək. Bu oyunu Tural Qurbanov idarə edəcək.
Aprelin 12-də baş tutacaq “Turan Tovuz” – “Sabah” matçı Elçin Məsiyevə, “Sumqayıt” – “Şamaxı” görüşü isə Rəvan Həmzəzadəyə tapşırılıb.
Sonuncu oyun gününə təsadüf edəcək “Kəpəz” – “Araz-Naxçıvan” matçının baş hakimi Kamal Umudlu olacaq. “Neftçi”– “Zirə” qarşılaşmasını isə Rəşad Əhmədov idarə edəcək.
Premyer Liqa
30-cu tur
11 aprel
“Səbail” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 19:00.
12 aprel
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu, 17:00.
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15.
13 aprel
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 17:00.
“Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Neftçi Arena”, 19:15.


