Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə “Turan Tovuz” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. Bu matçı Elçin Məsiyev idarə edəcək. Son oyunlarında qələbəyə həsrət qalmış komandaların görüşünə maraq böyükdür. Bu komandaların turnir cədvəlində qonşu olması da oyuna marağı artıran məqamlardandır. Belə ki, 4-cü olan “Turan”ın hazırda 44, 5-ci sıradakı “Sabah”ın isə 36 xalı var.
Günün digər oyunu “Sumqayıt”la “Şamaxı” arasında baş tutacaq. Bu görüş Rəvan Həmzəzadəyə tapşırılıb. Bu iki komanda da turnir cədvəlində qonşudurlar. “Sumqayıt” hazırda 29 xalla 7-ci, “Şamaxı” isə 28 xalla 8-ci pillədə qərarlaşıb.
Premyer Liqa
30-cu tur
11 aprel
“Səbail” – “Qarabağ” 1:4
Qollar: David Qomis, 72 – Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 19:00.
12 aprel
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu, 17:00.
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15.
13 aprel
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 17:00.
“Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Neftçi Arena”, 19:15.


