“Turan Tovuz” – “Sabah” oyununun biletləri satışda!

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən oyunun keçiriləcəyi Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.

Qeyd olunur ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

“Turan Tovuz” – “Sabah” oyunu aprelin 12-də Tovuz şəhər stadionunda baş tutacaq. Qarşılaşmaya saat 17:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: