Skott Maktominey: “Skudettonu qazanacağımıza inanıram”

“Napoli”nin 28 yaşlı şotland mərkəz yarımmüdafiəçisi Skott Maktominey “eşşəkciklər”in İtaliya çempionu olacaqlarına inanır.

Arena.az şotland futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mən skudettonu qazanacağımıza inanıram. Bizə, əldən verdiyimiz imkanlara təəssüflənmək yox, mütləq uğura müvəffəq olmaq üçün ümidimizi qoruyub-saxlamaq gərəkdir”, deyə Maktominey vurğulayıb.

“Napoli” Maktomineyi 2024-cü ilin avqustunda “Mançester Yunayted”dən transfer edib. Keçid İtaliya klubuna 30,5 milyon avro məbləğ müqabilində başa gəlib. Şotland futbolçu italyan klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. “Mançester Yunayted” keçmiş futbolçusunun gələcək satışından müəyyən faizdə qazanc əldə etmək hüququnu özündə saxlayıb.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ilin iyulunda “qırmızı şeytanlar”ın əsas komandasına transfer edilib. Skott Maktomineyin “qırmızı şeytanlar”ın heyətində çıxşının ümumi mənzərəsi 255 oyun, 29 qol və 8 məhsudar ötürmədən ibarətdir.

Şotland futbolçu “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun (2022/2023) və İngiltərə Kubokunun (2023/2024) qalibi olub.

Cari mövsümdə Maktominey “Napoli” üçün 32 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib.

Skott Maktominey 2018-ci ilin martında debüt etdiyi Şotlandiya yığmasının heyətində 58 oyun keçirib, 11 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı şotland mərkəz yarımmüdafiəçisinin trasnfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: