Premyer Liqa: “Sumqayıt” “Şamaxı”ya evdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Sumqayıt” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. Bu iki komanda turnir cədvəlində qonşu pillələrdə qərarlaşmışdılar. “Sumqayıt” oyundan öncə 29 xalla 7-ci, “Şamaxı” isə 28 xalla 8-ci pillədə qərarlaşmışdı.

Görüşdə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 2 qol vuran “Şamaxı” həm səfərdən əzmkar qələbə ilə qayıdıb, həm də bu rəqibini turnir cədvəlində qabaqlayıb.

Premyer Liqa
30-cu tur

12 aprel

“Sumqayıt” – “Şamaxı” 1:2
Qollar: Roi Kehat, 9 – Maykl Tuik, 57. Alfons Msanqa, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 11. Momo Yansane, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Şamaxı: 1. Rikardo Fernandes, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 32. Vasiliye Radenoviç.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: