A Seriyası: “Yuventus”la “İnter”dən ev qələbəsi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Venesiya” doğma meydanda “Montsa”nı tək qolla üstələyib. Dörd qolun qeydə alndığı “İnter” – “Kalyari” matçında Milan təmsilçisi inamlı qələbəyə sevinib. “Yuventus” da “Leççe” ilə ev oyunundan qələbə ilə ayrılıb.

32-ci turun qalan qarşılaşmaları aprelin 13-də və 14-də keçiriləcək.

İtaliya, A Seriyası
32-ci tur

11 aprel

Udineze – Milan 0:4
Qollar: Leao, 42. Pavloviç, 45. T.Ernandes, 74. Reynders, 81.

12 aprel

Venesiya – Montsa 1:0
Qol: Fila, 72.

İnter – Kalyari 3:1
Qollar: Arnautoviç, 13. L.Martines, 26. Bissek, 55 – Pikkoli, 48.

Yuventus – Leççe 2:1
Qollar: Kopmeyners, 2. K.Yıldız, 33 – Başirotto, 87.

13 aprel

14:30. Atalanta – Bolonya
17:00. Fiorentina – Parma
17:00. Verona – Cenoa
20:00. Komo – Torino
22:45. Latsio – Roma

14 aprel

22:45. Napoli – Empoli

Xəbəri sosial şəbəkələrdə paylaş: