Premyer Liqa: “Kəpəz” “Araz”a, “Neftçi” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Kəpəz”lə “Araz-Naxçıvan” arasında keçiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanı Kamal Umudlu idarə edəcək. 51 xalla 3-cü sırada qərarlaşmış Naxçıvan təmsilçisi səfərdən qələbə ilə qayıtmağa çalışacaq. Amma 27 xalla 9-cu olan “Kəpəz”ə də xal və xallar lazımdır.

Turun qapanış matçında “Neftçi” “Zirə”ni qəbul edəcək. Paytaxt derbisini Rəşad Əhmədov idarə edəcək. Hazırda 55 xalla ikinci pillədə qərarlaşmış “Zirə” Premyer Liqanın vahid lideri “Qarabağ”la aradakı xal fərqinin artmaması üçün “Neftçi”yə qalib gəlməlidir. Amma 35 xalla 6-cı olan “ağ-qaralar” da bu oyundan qələbə ilə ayrılmağa çalışacaqlar.

Premyer Liqa
30-cu tur

11 aprel

“Səbail” – “Qarabağ” 1:4
Qollar: David Qomis, 72 – Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 19:00.

12 aprel

“Turan Tovuz” – “Sabah” 2:1
Qollar: Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 – Anatoli Nuriyev, 14.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Şamaxı” 1:2
Qollar: Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 – Anatoli Nuriyev, 14.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15.

13 aprel

“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Neftçi Arena”, 19:15.

Xəbəri sosial şəbəkələrdə paylaş: