İtaliya mətbuatı qanunsuz mərc qoyuluşları etməkdə şübhəli bilinən və bu səbəblə cəzalana biləcək oyunçuların adlarını açıqlayıb.
Arena.az “Corriere della Sera” dərgisinə istinadən məlumat verir ki, İtaliyada, qanunsuz oyun platformalarında mərc qoyuluşları etməkdə şübhəli bilinən futbolçuların qeyri-qanuni əməlləri üzrə təhqiqat davam edir.
Totalizatorlarda və kazinolarda qoyuluşlar etmiş bir neçə tanınmış futbolçunun adları da açıqlanıb.
Milan prokurorluğu İtaliya A Seriyasının 12 oyunçusu barəsində iş açıb. Təhqiqat bu futbolçuların 2021-2023-cü illərdə onlayn-poker üzrə qeyri-qanuni saytlarda mərc qoyuluşlarını araşdırır. Şübhəli futbolçuların siyahısı onların smartfonlarının yoxlanılmasından sonra tərtib edilib.
Məlum olub ki, bu işdə Milan saat dükanı da iştirak edib. Dükan dəllal qismində çıxış edərək, futbolçulara qondarma surətdə saatlar “satıb”. Fırıldaqçı tərtibat üzrə futbolçular bukmekerlərə borclu olduqları məbləğdə bu mağazadan bahalı saatlar “alıblar”.
Futbolçuların baş çəkdikləri bu qeyri-qanuni bukmeker kontorlarını qeyri-rəsmi olaraq məşhur “qumarbaz lotular” Sandro Tonali və Nikolo Facoli reklam ediblər. Məlum olduğu kimi, bu futbolçular artıq cəzalandırılıblar və hələ də təhqiqat altındadırlar.
Qumarbaz futbolçuların yenilənmiş siyahısına isə Ueston Makkenni (“Yuventus”), Mattia Perin (“Yuventus”), Anxel Di Mariya (“Benfika”), Leandro Paredes (“Roma”), Alessandro Florentsi (“Milan”), Nikolo Dzanyolo (“Qalatasaray”) kimi tanınmış oyunçular, həmçinin digərləri düşüblər.
Bu mənzərədə “Benfika”nın argentinalı sağ cinah hücumçusu, 2022-2023-cü illərdə “Yuventus”da çıxış etmiş Anxel Di Mariya adının qumarbazların siyahısında olmasını eşidərək, etirazını bildirib:
“Mən aydın surətdə başa düşməyə imkan verirəm ki, heç vaxt qeyri-qanuni mərc qoyuluşları etməmişəm”, – Di Mariya “O Jogo” dərgisinə yaxın mənbəsi vasitəsilə məlumat verib.
Vurğulanır ki, bu futbolçuların heç də hamısı qeyri-qanuni oyun müstəvilərində mərc qoyuluşları etməyiblər. Bəzi futbolçular təhqiqat altına onlayn-poker və kazino oyunlarında oynadıqları üçün düşüblər. Bu qəbildən olan futbolçuların cəzalanacağı isə inandırıcı deyil. Qanuna gözə onlar mütləq məbləği 20 min avro təşkil edəcək cərimə ödəməyə mükəlləf ediləcəklər.


