“Qarabağ” – “Neftçi” matçı 3 manata

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçının biletləri bu gün satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq. Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Açıqlamada o da vurğulanır ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: