İngiltərə Premyer Liqasının 32-ci turunun “Nyukasl”la səfər oyunu “Mançester Yunayted” üçün antirekordla əlamətdar olub.
Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” “sağsağanlar”a 1:4 hesabı ilə məğlub olublar.
Bu, Mançester təmsilçisinin cari mövsümdə İngiltərə Premyer Liqasında “Nyukasl”a ikinci məğlubiyyətidir. Birinci dövrənin 19-cu turu çərçivəsində “Old Trafford”da keçirilmiş oyun “sağsağanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Beləliklə, “Mançester Yunayted” 1930/1931-ci illər mövsümündən bəri ilk dəfə olaraq milli birincilik çərçivəsində “Nyukasl”a hər iki oyunda məğlub olmaqla, antirekorda imza atıb.
31 oyundan 56 xalla “Nyukasl” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. MY isə 32 oyundan 38 xalla 14-cü pillədədir.
Premyer Liqaya 32 oyundan 76 xalla “Liverpul” başçılıq edir.


