Luis Enrike: “Aston Villa”nın yaradacağı fəsadlara hazırıq”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 finalının “Aston Villa” ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, Parisdə keçirilmiş ilk oyunda PSJ 3:1 hesablı əzmkar qələbə qazanıb.

Luis Enrike İngiltərədə baş tutacaq cavab görüşündən öncəki mətbuat konfransında bunları söyləyib:

“Biz, rəqibin bizə hazırladığı fəsadlarla qarşılaşmağa hazırıq. Bizim məqsədimiz – qələbədir. Biz hadisələrin ixtiyari inkişafına hazırıq. PSJ ilk oyunda qələbə qazanıb, amma hələ heç nəyi təmin etməyib. Bizə, sübut etmək gərəkdir ki, Çempionlar Liqasının yarımfinalına layiqik”, – UEFA-nın mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.

“Aston Villa” – PSJ oyunu bu gün, aprelin 15-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: