Əvəzedicilər Liqası: 31-ci turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 31-ci turun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

31-ci tura aprelin 19-da start veriləcək. Turun digər oyunları ayın 20-də və 21-də keçiriləcək.

Əvəzedicilər Liqası
31-ci tur
19 aprel

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.

20 aprel

“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Sevda Nuriyeva, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 16:00.

“Sabah-2” – “Səbail-2”
Hakimlər: Əkbər Əhmədov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bakı. “ASK Arena”, 17:00.

21 aprel

“Şamaxı-2” – “Kəpəz-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Safalı Ağayev, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: