Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı “Sabah”la “Səbail” arasında keçiriləcək. Masazırda təşkil olunacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
Premyer Liqada avrokuboklara vəsiqə qazanmaq şansını demək olar ki, itirən “Sabah” hazırda 36 xalla 5-ci pillədə qərarlaşıb. “Səbail” də 20 xalla sonuncudur və Premyer Liqanı tərk edəcəyi böyük ölçüdə dəqiqləşib. Amma “dənizçilər” şanslarını saxlamaq üçün Masazırdan xal və ya xallarla qayıtmağa çalışacaqlar. Vasili Berezutskinin çalışdırdığı “Sabah” isə daha alt pillələrə düşməmək üçün xallar qazanmağa borcludur.
Günün daha çox maraq doğuran görüşü Tofiq Bəhramov adına Respublika stadionunda iki əzəli rəqib – “Qarabağ” və “Neftçi” arasında keçiriləcək. Milli çempionatların daimi iştirakçılarının görüşündə Ağdam təmsilçisi növbəti qələbəsini qazanmağa çalışacaq. Bu oyunu Elçin Məsiyev idarə edəcək. 35 xalla 6-cı olan “Neftçi” də derbidən xal və xallarla ayrılmaq arzusundadır. Amma növbəti çempionluğunu rəsmiləşdirməyi arzulayan “Qarabağ”la oyunda buna nail olmaq “Neftçi” üçün heç də asan olmayacaq.
Qeyd edək ki, Premyer Liqanın 31-ci turunun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Premyer Liqa
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 52 – Faiq Hacıyev, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
19 aprel
“Sabah” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Masazır Arena”, 17:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.
20 aprel
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:30.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin Stadionu, 19:00.


