Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Masazırda baş tutub.
Burada “Sabah” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Masazırda təşkil edilmiş qarşılaşmanın baş hakimi Fərid Hacıyev olub. Beş qolun qeydə alındığı bu dramatik qarşılaşmanın yekununda sevinən tərəf “Sabah” olub.
Qeyd edək ki, Premyer Liqanın 31-ci turunun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Premyer Liqa
31-ci tur
19 aprel
“Sabah” – “Səbail” 3:2
Qollar: Sofian Çakla, 31. Dmitro Litvin, 82-öz qapısına. Coy Lens Mikels, 90+3 – İnnosent Nşuti, 21. Süleyman Alluş, 74.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Masazır Arena”, 17:30.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 4. Sofian Çakla, 70. Jesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vensan Till, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 83. Nihad Quliyev, 10. David Qomis (k), 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 91. Tural Mirsultanov, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 44. Amir Bilali, 4. Marko Nikoliç.
Məşqçi: Elvin Məmmədov.


