A Seriyası: “Napoli” və “Roma”ya 1 qol bəs etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Leççe” ilə qarşılaşmış “Komo” rəqibini 3 cavabsız qolla məğlub edib. “Montsa”nın qonağı olan “Napoli” də növbəti qələbəsini qazanıb. “Roma” isə evdə “Verona”nı tək qolla yenib.

33-cü turun qalan görüşləri aprelin 20-də və 21-də keçiriləcək.

İtaliya, A Seriyası
33-cü tur

19 aprel

Leççe – Komo 0:3
Qollar: Diao, 33; 90+1. Qoldaniqa, 84.

Montsa – Napoli 0:1
Qol: Maktominey, 72.

Roma – Verona 1:0
Qol: Şomurodov, 4.

20 aprel

17:00. Empoli – Venesiya
20:00. Bolonya – İnter
22:45. Milan – Atalanta

21 aprel

14:30. Torino – Udineze
17:00. Kalyari – Fiorentina
20:00. Cenoa – Latsio
22:45. Parma – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: