A Seriyası: “Yuventus” “Parma”ya məğlub oldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Əslində bu görüşlə aprelin 21-də keçirilməli idi. Lakin həmin Roma Papası Fransiskin ölümü ilə əlaqədar bu oyunlar aprelin 23-nə təxirə salınmışdı.

“Torino” doğma meydanda “Udineze”yə 2 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Kalyari” – “Fiorentina” matçında qonaqlar qələbə qazanıblar. “Cenoa”nın qonağı olan “Latsio” da inamlı qələbəyə sevinib. “Parma”nın qonağı olan “Yuventus” isə bu turu məğlubiyyətlə başa vurub.

Beləliklə, A Seriyasında mövsümün geridə qalmış 33 turundan sonra 71 xala malik “İnter”lə “Napoli” ilk iki pilləni bölüşürlər. “Atalanta” 64 xalla üçüncü, “Bolonya” 60 xalla dördüncü pillədə qərarlaşıb. “Yuventus”la “Latsio” 59, “Roma” 57, “Fiorentina” 56, “Milan” 51 xal toplayıb.

İtaliya, A Seriyası
33-cü tur

19 aprel

Leççe – Komo 0:3
Qollar: Diao, 33; 90+1. Qoldaniqa, 84.

Montsa – Napoli 0:1
Qol: Maktominey, 72.

Roma – Verona 1:0
Qol: Şomurodov, 4.

20 aprel

Empoli – Venesiya 2:2
Qollar: Fatsini, 59. Anyorin, 87 – Yeboa, 67. Busio, 85.

Bolonya – İnter 1:0
Qol: Orsolini, 90+4.

Milan – Atalanta 0:1
Qol: Ederson, 62.

23 aprel

Torino – Udineze 2:0
Qol: Çe Adams, 39. A.Dembele, 85.

Kalyari – Fiorentina 1:2
Qollar: Pikkoli, 7 – Qosens, 36. Beltran, 48.

Cenoa – Latsio 0:2
Qollar: Kastelyanos, 32. B.Dia, 65.

Parma – Yuventus 1:0
Qol: M.Pelleqrino, 45+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: