Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“İnter” doğma meydanda əzəli rəqibi “Milan”la üz-üzə gəlib. İlk oyunda Milan klubları heç-heçəyə razılaşmışdılar. Cavab görüşündə 3 cavabsız qolla qalib gələn “Milan” həlledici oyuna vəsiqə qazanıb.
Qeyd edək ki, turnirin digər yarımfinal cütündə “Bolonya” və “Empoli” komandaları qarşılaşacaqlar. Bu komandaların ilk oyununda “Bolonya” 3:0 hesabı ilə qalib gəlib.
İtaliya Kubokunda cari mövsümün qalibi mayın 14-də keçiriləcək final qarşılaşmasında bəlli olacaq.
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
23 aprel
İnter – Milan 0:3
Qollar: Yoviç, 36; 49. Reynders, 85.
İlk oyun – 1:1.
24 aprel
23:00. Bolonya – Empoli
İlk oyun – 3:0.


